WUF13 məqsədlərinə doğru addımlayır.
"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Çoxtərəflilik vasitəsilə mənzil təminatının inkişafı: Qlobal öhdəliklərdən yerli təsirə" mövzusunda tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan milli dayanıqlı hədəfləri adaptasiya edir:
"WUF13-ün Bakıda keçirilməsi Azərbaycanda şəhərsalmada göstərdiyi sədaqətin nümunəsidir. Bu forumda alınacaq qərarları qətiyyətlə gerçəkləşdirəcək. Azərbaycan öhdəliklərini yaxşı bilir və atılacaq addımlar öz töhfəsini mütləq verəcək".
Mənbə: report.az