IMG-LOGO

Maymuna Mohd Şərif: Şəhərsalma üçün illik büdcə ayrılması məqsədəuyğundur

21 May 2026 14:01 2 baxış
IMG

Şəhərsalmada büdcə önəmli faktordur.

"Report" xəbər verir ki, bunu Kuala Lumpurun keçmiş meri, UN-Habitat-ın keçmiş icraçı direktoru Maymuna Mohd Şərif Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Çoxtərəflilik vasitəsilə mənzil təminatının inkişafı: Qlobal öhdəliklərdən yerli təsirə" mövzusunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, şəhərsalmadan danışılanda maliyyə sisteminin necə qurulacağı da müzakirə olunmalıdır:

"Bunun üçün illik büdcə ayrılsa daha məqsədəuyğun olar. Malazyada mənzil təminatı ilə məşğul olan ayrıca agentliyimiz var. Bu cür agentliklər digər ölkələrdə də yaradıla bilər. Bu məqamda idarətetmə də düzgün aparılmalıdır".

O bildirib ki, WUF13-də müzakirə olunan mövzuları və çıxarılan nəticələri öz ölkəsinə adaptasiya etməyə hazırdır.

Mənbə: report.az

Xəbər lenti