Tacikistan daşınmaz əmlakın kadastr qiymətləndirilməsi sahəsində beynəlxalq təşkilatlar və ekspertlərlə əməkdaşlığı davam etdirməyə hazırdır.
"Report" xəbər verir ki, bu barədə Tacikistanın "Daşınmaz Əmlakın Qeydiyyatı" Dövlət Unitar Müəssisəsinin direktoru Bobocon Qulzoda Bakıda WUF13-də bildirib.
Onun sözlərinə görə, indiyədək Tacikistan ərazisində daşınmaz əmlakın kadastr qiymətləndirilməsi aparılmayıb:
"Ona görə də nəticələrin beynəlxalq səviyyədə tanınmasını təmin etmək üçün bu prosesin həyata keçirilməsini beynəlxalq ekspertlərin iştirakı ilə və ya beynəlxalq layihələr çərçivəsində aparmaq məqsədəuyğundur".
B.Qulzoda qeyd edib ki, ölkədə artıq daşınmaz əmlakın qeydiyyatı və kadastr qiymətləndirilməsi sisteminin modernləşdirilməsi istiqamətində işlər aparılır:
"Xarici təcrübə öyrənildikdən sonra 2015-2016-cı illərdə Tacikistanda daşınmaz əmlakın qeydiyyatı üzrə ilk elektron sistem yaradılıb, 2025-ci ilin fevralından isə yeni informasiya sistemi istismara verilib. Qeydiyyat və kadastr qiymətləndirilməsi sistemlərinin daha da mərkəzləşdirilməsi daşınmaz əmlakın idarə edilməsinin şəffaflığını, səmərəliliyini və keyfiyyətini artırmağa imkan verəcək".
Mənbə: report.az