IMG-LOGO

Şükürbəyli kənd sakini: Şükür ki, o torpaqları görmək bizə nəsib oldu

21 May 2026 06:16 4 baxış
IMG

"Şükür ki, o torpaqları görmək bizə nəsib oldu".

"Report" xəbər verir ki, bu sözləri Cəbrayıl rayonun Şükürbəyli kəndinə qayıdan keçmiş məcburi köçkün Sadıqova Pakuzə söyləyib.

O, bildirib ki, dövlət tərəfindən yaxşı şəraitli mənzillə təmin olunub:

"Biz bu günü illərdir gözləmişdik. Şükürlər olsun ki, həmin gün gəldi və biz doğma yurdumuza qayıdırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Bugünkü sevinci bizə yaşadan Prezidentimizə cansağlığı arzulayıram".

Mənbə: report.az

Xəbər lenti