IMG-LOGO

Deputatın ailəsinə hücum: 10 ÖLÜ

01.12.2023 03:05 67 baxış
IMG

İraqın şərqindəki Diyala əyalətində yerli deputatın qohumlarına hücum nəticəsində azı 10 nəfər ölüb, 14 nəfər yaralanıb.

Lent.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi İraqın hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Hücum Diyala vilayətinin Ümraniyə kəndi yaxınlığında baş verib. Naməlum şəxslər yol kənarına yerləşdirilmiş iki bomba ilə adı açıqlanmayan yerli deputatın qohumlarına hücum edib, snayperlə atəş açıb. Agentlik bildirir ki, hadisə baş verən ərazidə komendant saatı tətbiq edilib.

Bundan başqa, İraqın “Alsumaria” telekanalındakı mənbə Ümraniyədə “snayper silahlarından istifadə edilən terror aktı”nın baş verdiyini bildirib. Hücum nəticəsində 3 nəfər ölüb, daha 5 nəfər yaralanıb.

Xəbər lenti