IMG-LOGO

Deddi Rəhim: WUF13 İndoneziyaya urbanizasiya sahəsində dünya təcrübəsini öyrənməyə kömək edir

17 May 2026 13:59 3 baxış
IMG

Ümümdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) İndoneziyaya urbanizasiya problemlərinin həllində beynəlxalq təcrübəni mənimsəmək imkanı verir.

Bu barədə İndoneziyanın Boqor şəhərinin meri Deddi Rəhim "Report"a müsahibəsində bildirib.

"Bu, həll yollarının axtarışı üçün vacib platformadır. İndoneziya kimi ölkələr üçün forum tullantılar, mənzil, infrastruktur və nəqliyyat sistemi ilə bağlı problemlərin həllində digər dövlətlərin təcrübəsini öyrənmək imkanı yaradır", - mer deyib.

Onun sözlərinə görə, İndoneziya eyni zamanda oxşar problemlərlə üzləşən ölkələr arasında əlaqələrin qurulması üçün öz təkliflərini təqdim etmək niyyətindədir.

Bakıya səfərindən aldığı təəssüratları bölüşən mer qeyd edib ki, bu, inkişaf etmiş infrastruktura və rahat şəraitə malik çox gözəl şəhərdir və onun təcrübəsi İndoneziyada tətbiq üçün faydalı ola bilər.

"Bakıda çoxlu ictimai məkanlar, parklar var, şəhər mühiti yaxşı təşkil olunub və şəhər planlaması düzgün qurulub", - o vurğulayıb.

Xəbər lenti