IMG-LOGO

Şəhid qardaşı: Şükürbəyliyə qayıtmaq olduqca həyəcanlı və qürurvericidir

15 May 2026 06:39 5 baxış
IMG

"33 ildən sonra Şükürbəyli kəndinə qayıtmaq olduqca həyəcanlı və qürurvericidir".

"Report" xəbər verir ki, bu fikirləri Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edən keçmiş məcburi köçkün Rüstəmov Möhübbət deyib.

"Düzdür, hər yer vətəndir, ancaq düşünürəm ki, yurda qayıtmaq tamam başqa hissdir. İllər sonra yenidən Şükürbəyli kəndinə qayıtmağın sevincini yaşayırıq. Bu, çox böyük xoşbəxtlikdir", - deyə o əlavə edib.

Şəhid qardaşı doğma torpağa qayıdacağı günün sevincini yaşadığını vurğulayaraq, yaradılan şəraitə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə təşəkkürünü bildirib. O, həmçinin Vətən uğrunda canından keçən şəhidlərə Allahdan rəhmət, qazilərə isə şəfa diləyib.

Xəbər lenti