IMG-LOGO

Koronavirusla mübarizə aparan tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb

14 May 2026 14:53 4 baxış
IMG

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavələrin verilməsi müddəti iyul ayınadək uzadılıb.

"Report"un xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, sənədə əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.

Xəbər lenti