IMG-LOGO

Tokayev: Qazaxıstan və Türkiyə arasında həll olunmamış məsələlər yoxdur

14 May 2026 12:53 3 baxış
IMG

Qazaxıstan və Türkiyə prezidentləri Kasım-Jomart Tokayev və Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında Ali Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasında iştirak ediblər.

"Report"un Qazaxıstan bürosunun Akordaya istinadən məlumatına görə, K.Tokayev ikitərəfli münasibətlərin dinamik şəkildə inkişaf etdiyini bəyan edib.

"Türkiyə bizim üçün qardaş ölkə, mühüm və etibarlı tərəfdaşdır. Xalqlarımızın tarixi və mənəvi dəyərləri ortaqdır. Hazırda Qazaxıstan və Türkiyənin ikitərəfli münasibətləri dinamik şəkildə inkişaf edir. Ölkələrimiz arasında heç bir həll olunmamış məsələ yoxdur", - Qazaxıstan Prezidenti bəyan edib.

K.Tokayevin sözlərinə görə, iki ölkənin dövlətlərarası və hökumətlərarası əlaqələri güclənməyə davam edir, parlamentlərarası qarşılıqlı əməkdaşlıq isə yüksək səviyyədədir.

Xəbər lenti