IMG-LOGO

Yəhudi əsilli keçmiş dövlət katibi 100 yaşında öldü

30.11.2023 06:02 84 baxış
IMG

ABŞ-nin keçmiş dövlət katibi Henri Kissencer vəfat edib.

Lent.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Nobel sülh mükafatı laureatlı keçmiş dövlət katibi 100 yaşında dünyasını dəyişib.

O 1923-cü ilin 27 may tarixində Almaniyada, Bavariya əyalətinin Fyürt şəhərində yəhudi ailəsində anadan olub. 

1938-ci ildə Kissincerlər ailəsi nasist təqibindən xilas olmaq üçün ABŞ-yə yollanıb.

Henri Kissencer1973-1977 illərdə ABŞ Dövlət Departamentinə rəhbərlik edib.

Xəbər lenti