Dominikan Respublikasının cənubundakı San-Kristobal əyalətində yük maşını sərnişin avtobusu ilə toqquşub.
Lent.az xəbər verir ki, bu barədə yerli “Hoy” qəzeti məlumat yayıb.
Hadisə nəticəsində doqquz nəfər həlak olub.
Qəzada 17 nəfərin yaralandığı qeyd edilir.
Onlara yaxınlıqdakı xəstəxanalarda tibbi yardım göstərilir. Zərərçəkənlər arasında iki azyaşlı da var.