IMG-LOGO

Maşın təmiri sexində PARTLAYIŞ: Ölənlər var

30.11.2023 02:44 64 baxış
IMG

ABŞ-nin Ohayo ştatının Hillsboro şəhərində avtomobil təmiri sexində baş vermiş partlayış nəticəsində 3 nəfər ölüb, biri xəstəxanaya yerləşdirilib.

Lent.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən CBS telekanalı məlumat yayıb.

“Ohayo ştatının Hillsboro şəhərində avtomobil təmiri sexində baş vermiş partlayış nəticəsində üç nəfər ölüb, bir nəfər xəstəxanaya yerləşdirilib”, – telekanal çatdırıb.

Qeyd olunub ki, partlayış çərşənbə axşamı yerli vaxtla axşam saat dörd radələrində olub. Yaxınlıqdakı içki mağazasında işləyən bir şahid partlayışın zəlzələ kimi hiss edildiyini söyləyib.

Xəbər lenti