IMG-LOGO

Uşaqlar arasında naməlum pnevmoniya yayıldı

30.11.2023 03:53 125 baxış
IMG

Çində uşaqlar kütləvi şəkildə pnevmoniya ilə xəstələnməyə başlayıblar.

Lent.az "osnmedia.ru" saytına istinadən xəbər verir ki, bu barədə yerli nəşrlər məlumat yayıb.

Xəstəxanaların artıq dolduğu bildirilir. Azyaşlı xəstələr hazırda müalicə alırlar. İndi ekspertlər nə baş verdiyini anlamağa çalışırlar. Baş verənlərin bir versiyası yeni virus, digəri isə artıq alimlərə məlum olan xəstəliklərin payız təzahürlərinin artmasıdır.

Xəstələrin sayı çox olduğundan ölkənin səhiyyə sistemi çətinliklərlə üzləşir. Həkimlər xəstələrdə atipik mikoplazma pnevmoniyasının olduğunu aşkar ediblər. Mətbuat konfransında mütəxəssislər xəstəliyin 40,34 faiz uşaqlarda, 5,59 faizi isə böyüklərdə aşkarlandığını qeyd ediblər.

Naməlum xəstəlik Çinin bir çox bölgəsinə yayılıb. Üstəlik, bu pnevmoniya antibiotiklərə qarşı müqaviməti artırıb.

Xəbər lenti