IMG-LOGO

Rusiyada terror nəticəsində ölənlərin sayı 82 nəfərə çatdı

23 Mar 2024 10:00 145 baxış
IMG

Rusiyanın Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”a hücumda ölənlərin sayı 82 nəfərə çatıb.

Lent.az xəbər verir ki, bu barədə “112” teleqram kanalı məlumat yayıb.

“Ölənlərin sayı, 3-ü uşaq olmaqla 82 nəfərə çatıb”, - nəşr yazır.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, Krasnoqorskda “Crocus City Hall”da törədilən terror aktı nəticəsində ölənlərin siyahısı Moskva vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə 11:00) açıqlanacaq.

Terror aktından zərərçəkənlər Moskvanın 12 xəstəxanasına yerləşdirilib.

Mənbə: lent.az

Xəbər lenti