IMG-LOGO

Ramazanın 13-cü gününün imsak və iftar vaxtı

23 Mar 2024 00:05 98 baxış
IMG

Bu gün Ramazan ayının on üçüncü günüdür. Ramazan təqviminə əsasən imsak vaxtı saat 05:13-də, ifrat vaxtı saat 19:10-dur.

Lent.az Qafqaz Müsəlmanları İdarəsinə istinadən Ramazan ayının on üçüncü gününün iftar duasını təqdim edir:

"Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar. Və səbbirni fihi əla kainatil-əqdar. Və vəffiqni fihi lit- tuqa və suhbətil-əbrar. Bi-ovnikə ya qurrətə eynil- məsakin".

Tərcüməsi:

"İlahi, bu gün məni günahların kəsafət və çirkinliyindən təmizlə! Qəzavü-qədərə uyğun bu gün baş verən hadisələrdə məni səbrli et! Bu gün məni təqvaya və yaxşı insanların söhbətinə müvəffəq et! Yardımına and verirəm, ey çarəsizlərin gözünün işığı"  

Xəbər lenti