IMG-LOGO

Moskvada Araz Ağalarova məxsus ticarət mərkəzində atışma: 40 ölü, 100 yaralı var - VİDEO - YENİLƏNİB

22 Mar 2024 22:11 101 baxış
IMG

"Crocus City Hall"a hücum edən silahlı qrup azı beş nəfərdən ibarətdir.

Lent.az bildirir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb.

Hücumçular qonaqları küncə sıxaraq onlara atəş açıblar. İlkin məlumatlara görə, 40 nəfər ölüb.

Konsert zalının binası yanır. Yüzə yaxın insan çıxılmaz vəziyyətdə qalıb.

100 nəfər yaralanıb.

***

22:11

Moskvada atışma baş verən "Crocus City Hall" ticarət mərkəzi Azərbaycan əsilli iş adamı Araz Ağalarova məxsus olduğu bildirilir.

Lent.az-ın məlumatna görə, zalı 25 oktyabr 2009-cu ildə sahibkar Araz Ağalarov açıb və müğənni Müslüm Maqomayevin adını daşıyır.

Son məlumata görə, ölənlərin sayı 15 nəfərə çatıb. 

***

21:36

Moskvada yerləşən "Crocus City Hall" ticarət mərkəzində atışma olub.

Lent.az xəbər verir ki, bu barədə "Baza" telegqram kanalı məlumat yayıb.

Maskalı şəxslər içəridə olanlara atəş açıb, ilkin məlumat görə 12 nəfər ölüb, 35-i isə yaralanıb.

Xəbər lenti