IMG-LOGO

Alveş azadlığa buraxıldı, arvadı profilini bağladı

22 Mar 2024 14:40 100 baxış
IMG

Keçmiş futbolçu, əvvəllər “Barselona”da və Braziliya millisində çıxış etmiş Dani Alveş yekun hökm çıxarılana qədər 1 milyon avro qarşılında azadlığa buraxılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, onun həyat yoldaşı Joana Sanz, Daninin sərbəst buraxılmasından xəbər tutandan sonra sosial şəbəkələrdəki profilini silib. Model, əvvəllər də bunu etdiyini, şərhlərdə və şəxsi mesajlarda ona yazdıqları mesajlardan bezdiyini deyib.

Joana Sanz ötən ilin fevralında Dani Alvesdən boşanmaq niyyətində olduğunu bildirsə də, onlar hələ də rəsmi nikahdadırlar. O, məhkəmə prosesində futbolçunu müdafiə edərək, onu yaxşı tanıdığını və bunu edə bilməyəcəyini iddia edib. Lakin hökmdən sonra o, birlikdə olan bütün şəkillərini silərək yeni həyata başladığını yazıb.

Xatırladaq ki, Alveş zorlamaya görə 4,5 il müddətinə azadlıqdan məhrum edilib, lakin o, günahını etiraf etməyib.

Xəbər lenti