IMG-LOGO

Dövlət müəssisələrinin dividend siyasətinə dair pilot layihənin icrasına başlanılıb

29 Apr 2026 13:48 3 baxış
IMG

Azərbaycanda dövlət müəssisələrinin dividend siyasəti ilə bağlı pilot layihənin icrasına başlanılıb.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, dövlət müəssisələrinin dividend siyasəti, borclanma mexanizmləri və fiskal risklərin qiymətləndirilməsi sahəsində beynəlxalq təcrübə geniş müqayisəli əsasda araşdırılıb, Beynəlxalq Valyuta Fondunun (IMF) "SOE Health Check Tool" və "SOE Stress Test" metodoloji alətlərinin öyrənilməsi və tətbiqi istiqamətində IMF ilə razılıq əldə edilərək, bu çərçivədə pilot layihənin icrasına başlanılıb.

Bundan başqa, ​"Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər tərəfindən Maliyyə Nazirliyinə təqdim ediləcək məlumat və hesabat formalarının təsdiq edilməsi haqqında" Kollegiya Qərarı qəbul edilib.

Xəbər lenti