IMG-LOGO

Maliyyə Nazirliyi I rübdə 212 məhkəmə işinə cavabdeh qismində cəlb olunub

29 Apr 2026 14:00 4 baxış
IMG

Bu ilin I rübündə Maliyyə Nazirliyi 212 məhkəmə işinə cavabdeh qismində cəlb olunub.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, bu işlərdən 47-si başa çatıb. Nəticədə 19,1 milyon manat qənaət edilib.

Hesabat dövründə həmçinin nazirlik 21 cinayət işinə zərərcəkmiş şəxs qismində cəlb olunub. I rübdə 2 cinayət işi başa çatıb ki, son nəticədə 1,02 milyon manat bərpa olunub.

Xəbər lenti