IMG-LOGO

XƏBƏRDARLIQ: Azərbaycanın bəzi rayonlarına dolu düşəcək, külək güclənəcək

20 Mar 2024 18:56 101 baxış
IMG

Hava şəraiti haqqında məlumat yayılıb. Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, Azərbaycanın rayonlarında martın 21-i gündüzdən 22-si axşamadək əsasən dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.

Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Lənkəran-Astara bölgəsində yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Xəbər lenti