IMG-LOGO

Mirzoyan Parisdə Azərbaycanla sülh prosesi və regional layihələr barədə danışıb

28 Apr 2026 17:04 5 baxış
IMG

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Parisdə ölkəsinin Avropa ölkələri və beynəlxalq təşkilatlarında akkreditə olunmuş səfirləri ilə görüş keçirib.

Bu barədə "Report" Ermənistan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Nazirlikdə qeyd edilib ki, görüş zamanı Ermənistan və Aİ arasında tərəfdaşlıq, Avropa ölkələri ilə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi üzrə iş, cari proqramlar və perspektivlər müzakirə olunub.

"Nazir Mirzoyan Ermənistanın iştirakı ilə nəqliyyat infrastrukturunun inkişafına dair regional proqramların həyata keçirilməsi prosesi, həmçinin iqtisadi və nəqliyyat infrastrukturu şəbəkəsinin inkişafı üzrə beynəlxalq tərəfdaşlarla birgə fəaliyyət barədə məlumat verib. Qonşularla münasibətlərin normallaşdırılması və inkişafı prosesləri, o cümlədən Azərbaycanla sülhün institusionallaşdırılması istiqamətində atılan addımlar qeyd edilib. Regional və beynəlxalq hadisələr, həmçinin cari çağırışlarla bağlı fikir mübadiləsi aparılıb", - XİN-in məlumatında deyilir.

Mirzoyan qeyd edib ki, bir həftə sonra İrəvan Parislə strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaq.

Xəbər lenti