Kataloniya Ali Məhkəməsi zorlamada təqsirli bilinən braziliyalı futbolçu Dani Alvesin həbsdən azad edilməsinə razılıq verib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, idmançı 1 milyon avro girov qarşılığında azadlığa çıxa biləcək. Eyni zamanda ondan hər iki pasportu - İspaniia və Braziliya təhvil verməsi tələb olunur. Alvesin ölkədən çıxışı qadağandır və tələb olunduğu təqdirdə məhkəmə qarşısına çıxmalıdır.
Braziliyalı 2023-cü il yanvarın 20-də həbs edilib. Zərərçənin iddiasına görə, 2022-ci il dekabrın 30-da Barselonadakı gecə klublarından birində futbolçu onu tualetə bağlayıb, orada döyüb və zorlayıb. Məhkəmə onu 4,5 il müddətinə azadlıqdan məhrum edib.
Alves Fransa, İtaliya, İspaniya çempionu olub və bu ölkələrin ölkə kuboklarını qazanıb. Braziliya milli komandasının üzvü kimi müdafiəçi Olimpiya Oyunlarının və Gənclər arasında Dünya Çempionatının qalibi olub, həmçinin hərəyə iki dəfə Amerika Kubokunu və Konfederasiyalar Kubokunu qazanıb.