IMG-LOGO

AMB: "Maliyyə sektorunun inkişaf Strategiyası" ötən il 85,6 % icra edilib

27 Apr 2026 17:33 2 baxış
IMG

Azərbaycan Mərkəzi Bankının təsdiqlədiyi "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" ötən il 85,6 % icra edilib.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Beləliklə, 2025-ci ildə strategiyada nəzərdə tutulanların tədbirlərin 14,4 %-nin icrası gecikib.

Hesabat dövründə Strategiya çərçivəsində Bank sektoru üzrə icra 86,3 %, sığorta sektoru üzrə 80 %, kapital bazarları üzrə 84,6 %, ödəniş sektoru üzrə 86,5 %, rəqəmsal maliyyə üzrə 84,7 %, dayanıqlı maliyyə üzrə 100 %, peşəkar inkişaf və maliyyə məlumatlılılığı üzrə icra 85,7 % olub.

Xəbər lenti