IMG-LOGO

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi auditor seçib

24 Apr 2026 14:32 5 baxış
IMG

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) 2025-ci il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "NR Proaudit" MMC-dir.

Qalib şirkətə 17 523 manat ödəniləcək.

Ötən il bu tenderin qalibi "Baker Tilly Audit Azərbaycan" QSC olub. Şirkətə 38 940 manat ödənilib.

İRİA Prezident İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli fərmanına əsasən yaradılıb. Onun nizamnamə kapitalı 6,778 milyon manatdır. Agentlik ölkədə rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkil edilməsi, yerli innovasiya mühitinin formalaşdırılması, ekosistemin gücləndirilməsinə xidmət edən publik hüquqi şəxsdir.

Xəbər lenti