Hazırda "Kapital Bank" ASC-nin 1 milyondan çox müştərisi ictimai nəqliyyatda NFC ödənişlərdən istifadə edir.
"Report" xəbər verir ki, bunu Bankın İdarə Heyəti sədrinin I müavini Cavid Mirzəyev bildirib.
"Bank 2025-ci ildə aidiyyatı dövlət qurumları və "Bakı Kart"la əməkdaşlıq edərək oktyabr ayından etibarən ictimai nəqliyyatda ödənişlərin rəqəmsallaşdırılmasını təmin edib. Bu yenilik təkcə "Kapital Bank"ın deyil, bütün bankların müştərilərinə təmassız ödəniş imkanı yaradır. Rəqəmlərlə danışsaq, müştərilərimizin 1 milyondan çoxu bu həlldən istifadə edir. Bu isə bazar payının 55 %-i deməkdir", - deyə o qeyd edib.