IMG-LOGO

AMB: "AtaSığorta"nın aktivləri onun öhdəliklərini qarşılamağa imkan verir

22 Apr 2026 11:45 4 baxış
IMG

Ləğv prosesində olan "AtaSığorta" ASC-nin aktivləri onun öhdəliklərini qarşılamağa imkan verir.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından bildirilib.

"Aparılmış hesablamalara əsasən sığorta müqavilələri portfeli "Atəşgah Sığorta" ASC-yə ötürüldükdən sonra mövcud aktivlər öhdəlikləri qarşılamağa kifayət edəcək", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, AMB "Atasığorta"nın lisenziyasını ötən həftə ləğv edib.

Xəbər lenti