IMG-LOGO

ARDNF I rübdə büdcə öhdəliyini tam icra edib

22 Apr 2026 11:54 6 baxış
IMG

Bu ilin I rübündə Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlər 3 milyard 210 milyon manat təşkil edib.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,4 % azdır.

Xatırladaq ki, bu il ARDNF büdcəyə 12 milyard 835 milyon manat vəsait köçürməlidir. Beləliklə, 3 aylıq ödəniş tam icra edilib.

Xəbər lenti