IMG-LOGO

Azərbaycan və Portuqaliya arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

18 Apr 2026 11:32 3 baxış
IMG

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Portuqaliyanın dövlət və xarici işlər naziri Paulo Rangel ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə nazirlik "X" sosial media hesabında paylaşıb.

Nazirlər ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, siyasi dialoqun genişləndirilməsi, iqtisadi, ticarət və enerji sektorlarında əməkdaşlığın gücləndirilməsi, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi perspektivlərini müzakirə etdilər.

Portuqaliyanın Azərbaycanda səfirliyinin açılması yolu ilə əməkdaşlığı daha da gücləndirmək imkanları da araşdırılıb.

Xəbər lenti