IMG-LOGO

Marafonda FACİƏ: gənc qız finişə bir az qalmış öldü

04 Nov 2026 19:20 2 baxış
IMG
0 0

Amerikalı həvəskar qaçışçı Reyçel Apa Nyu-York şəhər marafonu zamanı finiş xəttindən təxminən üç kilometr aralıda huşunu itirərək ölüb.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, faciəvi hadisə Mərkəzi parkda baş verib. 24 yaşlı idmançı 24 mil məsafədə (təxminən 38,6 kilometr) huşunu itirib.

Azarkeşlər arasında dərhal qızın köməyinə tələsən və ürək-ağciyər reanimasiyasına başlayan iki həkim də olub. Tibb işçiləri daha sonra defibrilyatordan istifadə ediblər və bundan sonra Reyçel təcili olaraq Mount Sinai tibb mərkəzinə aparılıb.

Həkimlər amerikalı qadının həyatını xilas etmək üçün altı saat sərf etsələr də, yerli vaxtla saat 21:40-da onun öldüyü elan edilib. Atası Stiv Apanın sözlərinə görə, faciənin səbəbi əzələlərin parçalanmasına səbəb olan təhlükəli rabdomioliz olub.

Ata həmçinin bildirib ki, qızı marafon boyunca onunla mesaj vasitəsilə əlaqə saxlayıb. 18 və 19-cu millərdə qız ağrıdan şikayətlənib və sona təxminən üç mil qalmış qız ona mesaj yazıb ki, son bir mərhələni tamamlamalıdır. Bundan sonra qız əlaqə saxlamağı dayandırıb.

Reyçel Apa əvvəllər otüstü xokkey üzrə yarışdığı Baknell universitetini bitirib. Nyu-York marafonu onun bu məsafədə debüt yarışı olmalı idi.

O, yarışdakı iştirakını 2022-ci ildə Parkinson xəstəliyindən vəfat edən babasının xatirəsinə həsr edib. O, həmçinin bu xəstəliyə qarşı mübarizəni dəstəkləyən xeyriyyə təşkilatı üçün vəsait toplayırdı.

Nyu-York marafonu təşkilatçıları mərhumun ailəsinə və dostlarına başsağlığı veriblər. Onların sözlərinə görə, bu, 2024-cü ildən bəri yarış zamanı iştirakçının ilk ölümüdür.

ABŞ İdman Ölüm Faciə Marafon

Mənbə: lent.az

Xəbər lenti