Zaqatalanın Əliabad qəsəbəsində yerləşən maşın bazarında avtomobil alqı-satqısında durğunluq yaşanır.
Lent.az APA TV-yə istinadən xəbər verir ki, bazarda alıcıların sayı azdır, satıcılar isə qiymətləri endirmək istəmirlər.
Satıcılar alıcılıq qabiliyyətinin aşağı olmasından şikayətlənirlər.
Avtomobil almaq istəyən yaşlı sakinlərdən biri 4 min manatlıq büdcəsinə uyğun maşın tapa bilmədiyini deyib.
“Mənim büdcəm 4 min manatdır. Amma nə qədər gəzdim, bu qiymətə maşın tapa bilmədim. Yəqin ki, yolumu Bakıdan salacağam”, – deyə o bildirib.
Əliabad maşın bazarında satışa çıxarılan avtomobillərin əksəriyyəti sovet istehsalı olan köhnə modellərdir. Lakin bu maşınlara da maraq olduqca zəifdir.
Zaqatala Əliabad maşın bazarı avtomobil qiymətləri alıcı qıtlığı avtomobil satışı APA TV Lent.az
Mənbə: lent.az