IMG-LOGO

Şavkat Mirziyoyev Mərkəzi Asiya ölkələri liderlərinin görüşündə iştirak üçün Qazaxıstana yola düşüb

04 Nov 2026 18:54 2 baxış
IMG

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və İordaniya Kralı II Abdullahın dəvəti ilə noyabrın 5-6-da Astanada işgüzar səfərdə olacaq.

"Report" xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Mirziyoyev Akaba prosesi çərçivəsində Mərkəzi Asiya ölkələri liderlərinin görüşündə iştirak edəcək.

Görüş iştirakçıları süni intellekt sahəsində təhlükəsizliyin təmin edilməsi, onun terror və ekstremist məqsədlərlə istifadəsinin qarşısının alınması, həmçinin yeni texnoloji çağırışlara və təhdidlərə cavab vermək işində beynəlxalq və regional əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə edəcəklər.

Akaba prosesi - 2015-ci ildə İordaniya Kralı II Abdullah tərəfindən irəli sürülmüş beynəlxalq təşəbbüsdür. O, terrorizm və ekstremizmlə mübarizədə beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə, təcrübə mübadiləsinə və təhlükəsizlik sahəsində birgə səylərin əlaqələndirilməsinə yönəlib.

Mənbə: report.az

Xəbər lenti