IMG-LOGO

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin milli komandasına dəvət alıb

04 Nov 2026 19:38 2 baxış
IMG

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin milli komandasına dəvət alıb.

Bu barədə "Report"a Premyer Liqa təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

22 yaşlı müdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Mərkəzi Afrika Respublikası millisinə qarşı keçiriləcək oyunlar üçün Benin millisinin heyətinə çağırılıb.

Mənbə: report.az

Xəbər lenti