IMG-LOGO

Sibiqa NATO rəsmisi ilə Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsini müzakirə edib

18 Apr 2026 11:34 2 baxış
IMG

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və NATO-nun baş katibinin müavini Radmila Şekerinsка Antalya Diplomatiya Forumu çərçivəsində ölkənin hava hücumundan müdafiəsinin gücləndirilməsi məsələsini müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Ukrayna XİN başçısı "X" hesabında yazıb.

"Biz sülhün möhkəmləndirilməsi səylərini, döyüş meydanındakı vəziyyəti və müdafiə sənayesinin inkişafını müzakirə etdik. NATO-nun PURL təşəbbüsü əvvəlki kimi həlledici əhəmiyyət daşıyır. Bir nömrəli prioritetimiz hava hücumundan müdafiəmizin gücləndirilməsidir. Avropada və Yaxın Şərqdə təhlükəsizliklə bağlı vəziyyətə diqqət yetirdik və Ukrayna ilə NATO arasında növbəti mühüm təmaslara və tədbirlərə hazırlığı müzakirə etdik", - o qeyd edib.

Sibiqa bildirib ki, forum çərçivəsində Moldova Prezidenti Maya Sandu ilə danışıqlar aparıb, 14-15 may tarixlərində Kişineuda keçiriləcək Avropa Şurası Nazirlər Komitəsinin iclasına hazırlığı müzakirə edib.

Xəbər lenti