IMG-LOGO

Ermənistan və Türkiyə XİN rəhbərləri müavinləri əməkdaşlıq perspektivlərini müzakirə ediblər

17 Apr 2026 17:37 5 baxış
IMG

Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan türkiyəli həmkarı Berris Ekinci ilə görüşüb.

"Report" Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, görüş Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub.

Ermənistan XİN-dən qeyd edilib ki, tərəflər sülh və əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini vurğulayaraq, ikitərəfli gündəlikdəki məsələləri və regional hadisələri müzakirə ediblər.

Kostanyan və Ekinci ikitərəfli və regional qarşılıqlı əlaqəni təmin edən layihələrin həyata keçirilməsi imkanlarına toxunublar.

Xəbər lenti