IMG-LOGO

Azərbaycan və Aİ iyunda əməkdaşlığın inkişafına dair müzakirələri davam etdirəcəklər

17 Apr 2026 15:01 6 baxış
IMG

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Brüsseldə Avropa Xarici Əlaqələr Xidmətinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə baş direktorunun müavini Audrone Perkauskiene ilə danışıqlar aparıb, tərəflər müzakirələri cari ilin yayında davam etdirmək barədə razılığa gəliblər.

"Report" xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Mariyana Kuyundziç "X" sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, danışıqlarda ikitərəfli əməkdaşlıq məsələlərinə toxunulub. O həmçinin qeyd edib ki, növbəti görüş iyunda Bakıda keçiriləcək.

"Danışıqlar məhsuldar, gələcəyə yönəlmiş müzakirələrə gətirib çıxarıb. İkitərəfli saziş və tərəfdaşlıq prioritetləri üzrə irəliləyiş müşahidə olunur. Tərəflər (danışıqların - red.) tempini qorumaq üçün iyunda Bakıda görüşü bərpa edəcəklər", - Kuyundziç bildirib.

Xəbər lenti