IMG-LOGO

"International" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək

16 Apr 2026 17:46 17 baxış
IMG

Mayın 18-də, saat 11:00-da "International" ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospekti, 12A ünvanında olacaq.

Yığıncağın gündəliyinə BOKT-un 2025-ci il üzrə maliyyə və idarəetmə hesabatlarının təsdiq edilməsi, yeni istiqrazların buraxılması və digər məsələlər daxildir.

Xatırladaq ki, "International" 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 8 milyon manatdır. BOKT-un səhmdarı 100 % Rifat Həsənovdur.

Xəbər lenti