IMG-LOGO

Kamavinqa karyerasını "Real"da bitirmək istəyir

12 Mar 2024 17:16 97 baxış
IMG

"Real Madrid"in yarımmüdafiəçisi Eduardo Kamavinqa karyerasını "kral" klubunda başa vura biləcəyini bildirib.

Apasport.az xəbər verir ki, futbolçu bu barədə məşhur insayder Fabrizio Romanoya danışıb.

"Real Madrid" bütün dünyanın xəyal etdiyi klubudur. Karyeramı burada bitirə bilərəmmi? Bəli, əlbəttə ki”, - o deyib.

Bu mövsüm 21 yaşlı yarımmüdafiəçi 31 oyuna çıxıb, 2 məhsuldar ötürmə edib. Futbolçunun "Real"la müqaviləsi 2029-cu ilin iyunun sonuna kimidir.

Xəbər lenti