IMG-LOGO

Bıçağı çıxarıb sinəsinə vurdu - Yol üstündə "makler"i öldürənin MƏHKƏMƏSİ

30 Jul 2026 12:08 4 baxış
IMG
0 0

Bakı Ağır Cinayətlər Məhkəməsində Binə qəsəbəsində Səlim Əliyevi qətlə yetirməkdə təqsirləndirilən Maksim Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Mahirə Kərimvoanın sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid N.V hadisə baş verən gün iş başında olduğunu deyib:

"Səlimi qiyabi tanıyırdım. Onun daşınmaz əmlak ofisi də vardı. Hadisə günü - 25 iyulda ərazini süpürüb təmizləyirdim. Qəfil insanların qaçaraq toplaşdığını və hay-küyü eşitdim. Yaxınlaşanda Səlim və adının sonradan Maksim olduğunu öyrəndiyim şəxsin dalaşdığını, bir-birinə hücum etdiklərini gördüm. Səlimin oğlu da orada idi, o, oğluna çıxıb getməyi tapşırdı. Səlim Maksimə dedi ki, yolun o biri tərəfində ofisim var, gəl orada söhbət edək. Gəlməyən şərəfsizdir. Maksim Səlimə siz mənim var-yoxuma söydünüz, görün sizə  neyləyəcəm deyə əsəblə qışqırırdı. Maksim Səlimə yaxınlaşan kimi bıçaq çıxarıb sol tərəfdən sinəsinə vurdu".

Şahid M.R avtobus sürücüsü olduğunu deyib:

"Mən avtobusu saxlayıb sərnişinləri düşürdüm. Səlim və Maksim maşınlarını mənim avtobusumun yanında saxladılar. Onlar bir-birini vuranda hələ avtobusda idim. Aranın qarışdığını görüb düşdüm ki, ayırım. Necə bıçaqlandığını görmədim, yaxınlaşanda Səlimi yerdə qan içində gördüm".

Növbəti proses 6 avqust 16:00-ə təyin olunub.

Xatırladaq ki, 2025-ci il aprelin 25-də saat 8 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində baş verib. 52 yaşlı Səlim Əliyevin öldürülməsi barədə Xəzər Rayon Prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 47 yaşlı Maksim Əhmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Səlim Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Maksim Əhmədov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

Hadisələr kriminal xəbərlər qətl məhkəmə işləri

Mənbə: lent.az

Xəbər lenti