Cənubi Afrika Respublikasında 40 yaşlı qadın rəfiqəsinin 5 yaşlı oğlunu oğurlayaraq öldürüb.
Lent.az xarici mediaya istinadla bildirir ki, təqsirləndirilən Sibonqile Nqvadlanın sözlərinə görə, rəfiqəsi onu qumar oyunlarına cəlb edib, borca düşdükdən sonra isə köməksiz vəziyyətdə qoyub. 2025-ci ilin avqustunda qadın 5 yaşlı oğlanı oğurlayaraq qohumunun evinə aparıb.
O, birdəfəlik telefon nömrəsindən istifadə edərək uşağın anasından elektron pul kisəsi vasitəsilə külli miqdarda fidyə tələb edib. Polis və qonşular uşağı axtarmağa başlayanda qadın qorxuya düşüb və uşaqdan yaxa qurtarmaq qərarına gəlib. O, azyaşlını şəhərin başqa rayonuna apararaq çaya atıb.
Uşağı xilas etmək mümkün olmayıb. Qadın məhkəmədə rəfiqəsinin ailəsindən üzr istəyib və əməlindən peşman olduğunu bildirib.
Oğlanın anası isə onun ittihamlarını rədd edib. Qadın deyib ki, qonşusu mərc etmək üçün daim ondan telefon istəyib.
Hadisələr qətl dünyadan xəbərlər kriminal xəbərlərMənbə: lent.az