IMG-LOGO

Şəkidə kişini ilan sancdı, vəziyyəti ağırdır

30 Jul 2026 09:32 3 baxış
IMG
0 0

Şəkidə 30 yaşlı kişini ilan sancıb.

Lent.az xəbər verir ki, hadisə axşam saatlarında Şəki kəndində qeydə alınıb.

Kənd sakini 30 yaşlı Şirzad Qurbanoviç Süleymanov yaşadğı evin həyətyanı sahəsində təsərrüfat işlari görən zaman ilan onun sağ ayağını pəncə nahiyyəsindən sancıb.

Ş. Süleymanov yaxınlarının köməkliyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralıya lazımi tibbi yardım göstərilib, ilan zəhərinə qarşı zərdab vurulub. Ş. Süleymanovun vəziyyəti ağır olduğu üçün müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Vüqar Heydərov

Hadisələr Şəki ilan sancma

Mənbə: lent.az

Xəbər lenti