IMG-LOGO

"Wildberries"in növbəti anbarına PUA hücumu olub, xəsarət alan var

30 Jul 2026 07:58 2 baxış
IMG
0 0

Rusiyanın Penza vilayətində yerləşən "Wildberries" şirkətinin anbarı pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

Lent.az "Komsomolskaya pravda"ya istinadən xəbər verir ki, bu barədə Penza vilayətinin qubernatoru Oleq Melniçenko məlumat verib.

Onun sözlərinə görə, hücum nəticəsində bir nəfər xəsarət alıb. Təxminən 200 əməkdaş təxliyə edilib.

Qubernator bildirib ki, anbar kompleksinin ərazisində açıq alov müşahidə olunur. Yanğının söndürülməsi üçün hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.

Rusiya-Ukrayna müharibəsi

Mənbə: lent.az

Xəbər lenti