IMG-LOGO

Mərdəkanda dostu ilə dənizdə batan yeniyetmənin meyiti tapıldı

30 Jul 2026 14:28 4 baxış
IMG
0 0

İyulun 28-də dənizdə batan yeniyetmənin meyiti tapılıb.

Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 17 yaşlı İsmayılzadə Nurlan Mövlud oğlunun meyiti Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, FHN dalğıclarının operativ tədbirləri nəticəsində onunla birgə dənizdə batan 17 yaşlı Ağazadə Rahil Tarıyel oğlu xilas edilib.

Hadisələr

Mənbə: lent.az

Xəbər lenti