IMG-LOGO

"PAŞA Kapital İnvestisiya Şirkəti" maliyyə vəziyyətini açıqlayıb

16 Apr 2026 10:53 10 baxış
IMG

"PAŞA Kapital İnvestisiya Şirkəti" QSC 2025-ci ili 2,542 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 12,9 % çoxdur.

Ötən il "PAŞA Kapital"ın vergiyəqədərki mənfəəti 3,241 milyon manat (əvvəlki ilə nisbətən 12,7 % çox), mənfəət vergisi ödəmələri isə 699 min manat (11,8 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə "PAŞA Kapital"ın aktivləri 64,782 milyon manat olub ki, bu da illik müqayisədə 1,1 % çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 3 % azalaraq 46,118 milyon manata düşüb, balans kapitalı isə 13 % artaraq 18,664 milyon manata çatıb.

Xatırladaq ki, "PAŞA Kapital" 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. İnvestisiya şirkətinin səhmləri 100% daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.

Xəbər lenti