IMG-LOGO

"Barselona" "Mançester Yunayted"in hücumçusunu almaq istəyir

12 Mar 2024 13:36 102 baxış
IMG

"Barselona" "Mançester Yunayted"lə danışıqlara başlayıb. 

Apasport.az xəbər verir ki, klubların idman direktorları arasında görüş baş tutub. 

Kataloniya təmsilçisi daha əvvəl "qırmızı şeytanlar"ın hücumçusu, hazırda İspaniyanın "Xetafe"sində icarədə olan Meyson Qrinvudun mümkün transferini müzakirə edib. Futbolçunun mankunianlarla müqaviləsi 2025-ci ilin ortalarına qədərdir.

Qeyd edək ki, bu mövsüm Meyson 26 matçda iştirak edib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.

Xəbər lenti