IMG-LOGO

Azərbaycan tələbələri üçün Latviyada təqaüdlərin artırılması təklif olunub

15 Apr 2026 17:36 5 baxış
IMG

Latviya hökumətinin hər il təqdim etdiyi təqaüdlərə maraq yüksəkdir və yerlər tam dolur.

"Report"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli Azərbaycan-Latviya Hökumətlərarası Komissiyanın 9-cu iclasında deyib.

Onun sözlərinə görə, təqaüdlərin sayının artırılması və onların bir hissəsinin kənd təsərrüfatı kimi sahələrə yönəldilməsi məqsədəuyğun ola bilər: "Bunu Azərbaycan tələbələri müsbət qarşılayacaq. Son illərdə Azərbaycan və Latviya arasında tələbə mübadiləsi əhəmiyyətli dərəcədə artıb. Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdə mövqelərinin güclənməsi onların Latviyada daha geniş tanıdılmasını zəruri edir. Bu, Latviyadan daha çox tələbənin Azərbaycana gəlməsinə və yeni akademik əlaqələrin qurulmasına şərait yarada bilər".

Xəbər lenti