IMG-LOGO

Qobuda it dişləyən uşağın SON DURUMU

12 Mar 2024 10:52 99 baxış
IMG

Qobu qəsəbəsində it dişləyən azyaşlının vəziyyətində müsbət irəliləyiş hiss edilir.

Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən məlumat verilib. 

Bildirilib ki, martın 3-ü tarixində Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan zərərçəkən 9 yaşlı (kişi cinsli) azyaşlının vəziyyəti orta-stabildir:

"Səhhətində müsbət dinamika müşahidə edilir. Müalicələri palatada davam etdirilir".

Xatırladaq ki, hadisə Martın 3-ü saat 17:37 radələrində “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında qeydə alınıb.  İt azyaşlıya hücum edib. Uşaqda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib. Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibbi yardım göstərilib.

Xəbər lenti