2027-ci il və növbəti üç ili əhatə edən ortamüddətli dövr üzrə Azərbaycanda büdcə siyasətinin məqsəd, istiqamət və hədəfləri bir sıra çağırışlar nəzərə alınmaqla müəyyən edilib.
"Report" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2027-2030-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir.
Sənədə əsasən, ötən dövr üzrə fiskal siyasət üçün xarakterik olan bir sıra çağırışlar, o cümlədən Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin icrası, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, ortamüddətli büdcə dövrü üçün öz aktuallığını qorumaqdadır. Bununla yanaşı, rəqəmsal inkişaf sahəsində müəyyən edilən prioritetlər, su təchizatı və nəqliyyat infrastrukturunun inkişafı, sosial, ərzaq təminatı və digər sahələr üzrə qəbul edilmiş strategiya, dövlət proqramları və qərarlarfiskal siyasətin formalaşmasına təsir edən əsas amillər sırasındadır.