Bu il Azərbaycanda icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-nə nisbəti 18,8 % səviyyəsində hədəflənir.
"Report" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2027-2030-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir.
Sənədə əsasən, bu göstəricinin 2027-ci illdə 16,6 %, 2028-ci ildə 14,1 %, 2029-cu ildə 12,3 %, 2030-cu ildə isə 10,9 % olacağı proqnzolaşdırılır.