IMG-LOGO

Bakı-Qazax yolunda QƏZA: Yük maşını TIR-la TOQQUŞDU

12 Mar 2024 09:20 240 baxış
IMG

Bakı-Qazax yolunda hərəkət nisbətən məhdudlaşdırılıb.

Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Qulabənd kəndindən keçən hissəsində məişət əşyaları daşıyan yük maşını TIR-la toqquşub.

Nəticədə avtomobildə olan yük yola dağılıb. Hadisə nəticəsində nəqliyyatın hərəkətində çətinlik yaranıb.

Aidiyyəti qurumların müdaxiləsi nəticəsində yolda hərəkət bərpa edilib.

Mənbə: lent.az

Xəbər lenti