IMG-LOGO

"Premium Bank" maliyyə vəziyyətini açıqlayıb

15 Apr 2026 09:27 4 baxış
IMG

"Premium Bank" ASC bu ilin I rübünü 3,676 milyon manat mənfəətlə başa vurub.

"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.

Yanvar-mart aylarında "Premium Bank"ın gəlirləri 14,476 milyon manat (1 il əvvələ nisbətən 22,2 % çox), xərcləri 10,065 milyon manat (12,3 % çox), xüsusi ehtiyatlara ayırmaları üzrə qənaəti 734 min manat (43,6 % az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə "Premium Bank"ın aktivləri 666,485 milyon manat olub ki, bu da illik müqayisədə 0,1 % azdır. Bunun 492,26 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 7,9 % böyüyüb.

Hesabat dövründə "Premium Bank"ın öhdəlikləri 4,5 % azalaraq 464,829 milyon manata, o cümlədən depozit portfeli 6,8 % azalaraq 374,103 milyon manata düşüb, balans kapitalı isə 11,9 % artaraq 201,656 milyon manata, o cümlədən nizamnamə kapitalı 12,9 % artaraq 174,601 milyon manata çatıb.

Xatırladaq ki, "Premium Bank" 1993-cü ildə "AZAL Bank" adı ilə yaradılıb, 2008-ci ildə adını "Silk Vey Bank"a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Bankın səhmdarları 84,46 % payla "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) keçmiş prezidenti Cahangir Əsgərov, 15,22 % payla "VIP Aviation Services" MMC və 0,32 % payla Elvira Əhmədovadır.

Xəbər lenti